SİZİN REKLAM BURADA!
055 213 76 73


“Partizan”a vurduğum qol uşaqlıq xəyalım idi”.

BAKU.WS xəbər verir ki, bu sözləri “Sabah” - “Partizan” oyunundakı fantastik qolun müəllifi, bosniya və herseqovinalı müdafiəçi Boyan Letiç Sports.az-a verdiyi müsahibəsində deyib.

- Oyundan əvvəl çoxları “Partizan”ı daha güclü sayırdı, avrokubokların debütantı “Sabah”a isə o qədər də inanmırdı...

- Bəli, bir çoxu “Partizan”ı favorit kimi görürdü. Bu da başadüşüləndir. Rəqib böyük tarixə və kifayət qədər avrokubok təcrübəsinə malik köklü klubdur. Biz onların ad-sanına baxmadan meydana çıxıb mübarizə apardıq və ilk matçdan qələbə ilə ayrılmağı bacardıq.

- “Partizan” üzərində inamlı qələbənin sirrini nədə görürsünüz?

- Komanda olaraq öz oyunumuzu oynadıq. Əvvəlcədən planlaşdırılan, bizə tapşırılan bütün göstərişləri yerinə yetirdik və bununla da bizə sərf edən nəticəni əldə etdik.

- Qələbəyə böyük töhfə verən qolu vurdunuz. Həm də çox gözəl, çox mükəmməl bir zərbə alındı. RFS ilə oyunda isə “Sabah”ın avrokuboklarda ilk qolunun müəllifi olmuşdunuz. Amma karyeranız ərzində bunacan o qədər də çox qol vurmamısınız. Hansı hissləri keçirirsiniz?

- “Sabah”ın avrokuboklarda ilk qolunun müəllifi oldum və klubun tarixinə düşdüm. Möhtəşəm hisslərdir. O ki qaldı “Partizan”a vurduğum qola, bu, mənim uşaqlıq xəyalım idi.

BAKU.WS
VİDEO