SİZİN REKLAM BURADA!
055 213 76 73


“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda III raundda Finlandiya təmsilçisi HİK-ə qalib gələrsə, növbəti mərhələdə “Olimpiya” (Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün məğlubu ilə üz-üzə gələcək.

Ağdam təmsilçisi ilk matçını səfərdə keçirəcək.

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları 24 avqustda, cavab görüşləri isə 31 avqustda gerçəkləşəcək.

BAKU.WS