SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-nin "İnter Mayami" klubunun sahibi Devid Bekhem, klubun yeni transferləri Lionel Messi və Serci Busqets ailələri ilə birlikdə Mayamidəki steykhausda nahar ediblər.

BAKU.WS xəbər verir ki, Bekhem və Messi nahara həyat yoldaşları Viktoria Bekhem və Antonella Rokutso, Busqets ilə sevgilisi Yelena Qalera ilə qatılıb.

Naharda "İnter Mayami"nin ortaq sahibi Xorxe Mas da iştirak edib.

Xatırladaq ki, Messi və Busqets "İnter Mayami"nin heyətində "Kruz Azul"la matçda debüt ediblər. Hər iki futbolçu 54-cü dəqiqədə meydana daxil olub.

Messi həmin görüşdə 90+4-cü dəqiqədə cərimə zərbəsindən klubda ilk qolunu vurub.

BAKU.WS
QALEREYA