SİZİN REKLAM BURADA!
055 213 76 73


“İbrahimoviçə dedim ki, sən Ronaldodan güclüsən”.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu “Sport-Ekspress” nəşrinə müsahibəsində sabiq komanda yoldaşı Zlatan İbrahimoviçlə bağlı bir xatirəsini bölüşərkən deyib.

2005/2006 mövsümündə İtaliya klubu “Yuventus”da çiyin-çiyinə çıxış etdiyi isveçli hücumçu ilə eyni otaqda qaldığını bildirən 44 yaşlı mütəxəssisin sözlərinə görə, İbrahimoviç həmin vaxt da çox aqressiv idi: “Bir dəfə İbrahimoviç kabus gördü və oyanan kimi mənə sual verdi ki, Ronaldo güclüdür, yoxsa mən. Düzü, həmin vaxt çox yuxum gəlirdi, yatmaq istəyirdim. Buna görə İbranı təriflədim. Onların hər ikisi əla hücumçu idi və fərqli oyun üslubunda çıxış edirdi. Həm İbrahimoviç, həm də Ronaldo zəngin karyeraya malikdir. Zlatanla “Yuventus”dan bəri dostuq, indi də bir-birimizlə əlaqə saxlayırıq”.

Qeyd edək ki, Adrian Mutu futbolçu karyerasını 2016-cı ildə, Zlatan İbrahimoviç isə ötən ay başa vurub. 2018-ci ildən məşqçiliklə məşğul olan rumıniyalı bir neçə gün əvvəl “Neftçi”nin sükanı arxasına keçib.

BAKU.WS