SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Türkiyənin "Qalatasaray" klubu arasında imzalanmış əməkdaşlığa əsasən sinə hissəsində SOCAR sözü yazılmış formaların təqdimatı olub.

BAKU.WS xəbər verir ki, bu barədə klubun və SOCAR-ın rəsmi sosial şəbəkə hesabları paylaşım edib.

Xatırladaq ki, tərəflər arasında 3 illik müqavilə imzalanıb. Əməkdaşlıq 2023/2024 mövsümündən etibarən başlayacaq.

Anlaşmaya əsasən, İstanbul təmsilçisinin avrokuboklarda istifadə edəcəyi formaların sinə hissəsində SOCAR-ın adı yazılacaq.

BAKU.WS
VİDEO