SİZİN REKLAM BURADA!
055 213 76 73


 UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 30-da keçirilən "Apollon” (Kipr) – "Qəbələ” matçı (1:1) ilə bağlı qərar verib. 


"Qəbələ” futbol klubunun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, qitə futbol qurumu Larnaka şəhərindəki "Antonis Papadopulos” stadionunda baş tutan görüşdə yaşananları müzakirə edərək, müvafiq addımı atıb. Matçdakı bərabərlik qolunu vurarkən sevincini nümayiş etdirən Cavid Hüseynovun jestindən narazı qalan "Apollon”un şikayətini, həmçinin "Qəbələ”nin kapitanı ilə bağlı göndərdiyi müdafiə məktubunu dəyərləndirən UEFA kiprlilərin iddiaların əsassız hesab edib. Qurum baş verənlərin bütün təfərrüatlarını nəzərdən keçirdikdən sonra Hüseynovun cəzalandırılmamasına qərar verib.


Qeyd edək ki, "Qəbələ” və "Apollon” arasında cavab oyunu bu gün 6-da Bakıda keçiriləcək.


Azad Əliyev

BAKU.WS