SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Azərbaycanlı gənc Kamal Babayev Azərbaycanda Uşu Federasiyasının dəstəyi ilə Çinin Tian Jin şəhərində keçirilən Uşu üzrə 3 aylıq təlimlərdə iştirak edib.
  
BAKU.WS-in məlumatına görə, kursların sonunda sertifikat imtahanında yüksək nəticə ilə keçən təmsilçimiz beynəlxalq məşqçi adına layiq görülüb.
 
Təlimlər zamanı Çində çəkilən "Legend of Wushu" filminin səhnələri də yer alıb. 

Qeyd edək ki, Azərbaycanda Uşunun əsası 1989-cu ildə qoyulub. İlk məşqlər "Savalan" mərkəzində təşkil olunub. Azərbaycan müstəqilik qazandığı 1991-ci ildə Azərbaycan Şərq Döyüş sənətləri Federasiyası təsis edilib. Bu federasiya daha sonra Azərbaycan Uşu Federasiyası adlandırılıb.

BAKU.WS