SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Şimali İrlandiyanın futbol üzrə milli komandası Azərbaycan yığması ilə oyuna daha bir itki ilə çıxacaq. 

BAKU.WS-in report-a istinadla xəbər verir ki, iki gündür komanda ilə məşq etməyən Konor Vaşinqtonun matçı buraxacağı gözlənilir.

Onun əvəzinə yığmaya Laim Boys çağırılıb.

Daha öncə biləyi qırılan Ceymi Uord da heyətdən çıxarılıb. Stüart Dallas isə zədəli olduğu üçün yığmaya dəvət edilməyib.

Qeyd edək ki, noyabrın 11-də Belfastda keçiriləcək Şimali İrlandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
 
İlyas Quliyev
BAKU.WS