SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, 57 kq-da çıxış edən idmançı yarımfinalda polşalı Yovita Vrjeşenə 5:0 hesabı ilə qalib gəlib.

53 kq-da yer alan Türkan Nəsirova isə finala gedən yolda isveçli Emma Malmqrenlə bacarmayıb. Rəqibinə "tuş"la məğlub olan idmançı bürünc medal uğrunda güləşəcək.

Qeyd edək ki, bu gün Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qızıl, Elnurə Məmmədova (55 kq) isə bürünc medal görüşünə çıxacaqlar.

BAKU.WS