SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Əfsanəvi futbolçu Ronaldinyonun Bakıya qəfil səfəri bütün futbol ictimaiyyətini sevindirib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ronaldinyonu Bakıya "Qəbələ" klubunun prezidenti Tale Heydərov gətirib.

Sәfәrin məqsədi futbol məktəbi, reklam və yeni əməkdaşlıqlarla bağlıdır.

Məşhur idmançı hazırda Bakıda otellərin birində qalır. Dünəndən isə sosial şəbəkələrdə bakılı fanatlar Ronaldinyo ilə şəkillərini paylaşırlar.
 
BAKU.WS