SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

UEFA Avropa Liqası Qrup mərhələsinin ilk oyunları baş tutub.
 
BAKU.WS-in məlumatına görə, "Qarabağ" klubu səfərdə İngiltərə  təmsilçisi olan "Tottenham Hotspur" klubu ilə qarşılaşıb. Təmsilçimiz oyunun ilk dəqiqələrindən təşəbbüsü ələ alıb.
 
İlk 10 dəqiqədə təmsilmiz rəqib qapısına yol tapa bilib. Matçın 7-ci dəqiqəsində Almeyda penaltidən hesabı açıb. Ancaq qol sevincimiz çox keçmədən qapımızdan iki qol buraxdıq. Matçın 28-29-cu dəqiqələrində ardıcıl qollar vuran Son Xın Min hesabı 2:1-ə çatdırıb. Matçda sonuncu qol isə 87-ci dəqiqəyə təsadüf edib. Lamela hesabı müəyyəşlədirən qolu vuraraq hesabı 3-ə çatdırıb.  
 
UEFA Avropa Liqasındakı digər təmsilçimiz "Qəbələ" isə Yunanıstanın güclü klublarından PAOK-la münasibətlərinə aydınlıq gətirməyə çalışıb. Rəqibinə qarşı əks hücumlarla cavab verməyə çalışan "Qəbələ" 90 dəqiqə ərzində rəqib qapısına yol tapmayıb.
 
PAOK-un hücumlarının məharətlə qarşısını alan təmsilçimiz öz qapısını da toxunulmaz saxlayıb. "Qəbələ" ilk matçında heç-heçə edərək 1 xalı aktivinə yazdırıb.
 
ŞAHİN Həbibov
BAKU.WS