SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Qalatasaray" klubu Bolqarıstan klubu "Levski" (Sofiya) ilə hazırlıq matçına çıxıb.
 
BAKU.WS-in məlumatına görə, Sofiyada baş tutan qarşılaşma Georgi Asparuhov stadionunda keçirilib. "Qalatasaray" qarşılaşmadan 2-0 hesablı qələbə ilə ayrılıb.
 
İstanbul təmsilçisinin qollarını 11-ci dəqiqədə Josue və 68-ci dəqiqədə Hamit Altıntop vurub. 
 
Matçın ən maraqlı və tarixə keçən anı isə 2002-ci il təvəllüdlü Mustafa Kapının "Qalatasaray"ın heyətində matça çıxması olub. Mustafa klub forması geyən ən gənc futbolçu olaraq tarixə keçib.
 
Şahin Həbibov
BAKU.WS