SİZİN REKLAM BURADA!
055 213 76 73


PSJ klubunun hücumçusu Kilian Mbappe Fransa Kubokunun 1/16 finalında altıncı divizion klubu "Pei de Kassel" qarşı oyunda 5 qol vurub.

BAKU.WS-in məlumatına görə, fransalı forvard karyerasında ilk dəfə penta-trikə imza atıb.

Görüş parislilərin 7:0 hesablı darmadağınlı qələbəsi ilə başa çatıb.

Oyunda digər qolları Neymar və Karlos Soler vurub.

Beləliklə, PSJ Fransa kubokunun 1/8 finalına yüksəlib. Paytaxt təmsilçisi turnir mərhələsində "Marsel"lə qarşılaşacaq.

BAKU.WS