SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə Peşəkar Futbol Liqasının Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımına dair elan etdiyi tenderin qalibi - CBC TV kanalı - Azərbaycanın ilk rusdilli beynəlxalq peyk telekanalı olduğuna  və xarici dillərdə yayımlandığına görə ilk aylar oyunların şərhini rus dilində həyata keçirilicəyini bildirmişdi.


BAKU.WS-in AFFA-ya istinadla verdiyi məlumata görə, oyunların Azərbaycan dilində şərhi isə AFFA-nın youtube (AFFA Official ) kanalında  nəzərdə tutulurdu.
 
CBC telekanalı oyunların yayımının müvəffəqiyyətlə həyata keçirdiyi təqdirdə yaxın müddət ərzində özünün idman redaksiyası əsasında CBC-Sport kanalı açmağı və oyunların yayım hüququnu həmin kanala ötürüləcəyini və oyunların şərhlərinin Azərbaycan dilində olacağını bildirmişdi.

AFFA, PFL və CBC TV rəhbərliyinin müzakirəsindən sonra  oyunların keçid dövründə CBC TV-də Azərbaycan dilində yayımlanması qərara alınıb.
 
BAKU.WS