VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Portuqaliyanın "Boavişta" futbol komandasının heyətində ilk rəsmi matçına çıxıb. "Report"un məlumatına görə, VI turun açılış oyununa təsadüf edən qarşılaşmada rəqib "Portu" olub.

"Draqau" stadionunda keçirilmiş Portu derbisi meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 5-ci dəqiqədə "Boavişta"nın futbolçusu Nunu Enrike açıb. Lakin 19-cu dəqiqədə "Boavişta" müdafiəçilərinin süni oyundankənar vəziyyət yaratmaq istəkləri uğursuz alınıb və Andre Silva yaxın məsafədən Ağayevlə üz-üzə qalaraq, hesabı bərabərləşdirib. 41-ci dəqiqədə isə o, penaltini dəqiq yerinə yetirib. Azərbaycanlı qapıçı topun istiqamətini müəyyənləşdirsə də, zərbəni dəf edə bilməyib.

Oyunda sonra nöqtə isə 86-cı dəqiqədə qoyulub. Bu dəfə "Portu"nun futbolçusu Aleks Tellesin cinah asmasından sonra Ağayev topu əlində saxlaya bilməyib. Nəticədə top qapı dirəyinə dəyərək, tora daxil olub.

Beləliklə, "Boavişta"nın uduzduğu qarşılaşmaya Kamran Ağayev kobud səhvi ilə damğa vurub. Bu nəticədən sonra "Portu" 13 xalla 2-ci pilləyə yüksəlib. "Boavişta" isə hələlik 5 xalla 12-ci pillədədir.

BAKU.WS