SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin altıncı turu çərçivəsində "Qarabağ" və Almaniyanın “Frayburq” komandaları üz-üzə gəliblər. 

BAKU.WS xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşə "Qarabağ"  azarkeşləri axın ediblər. Onlar arasında yerli məşhurlarda olub. Onlar yarışdan görüntülər paylaşaraq "Köhlən atlar"a dəstək olublar. 

"Qarabağ"ı dəstəkləyən tanınmışlar arasında Xalq artisti Brilliant Dadaşova da olub. O, stadionun VİP zalından yarışı sona qədər izləyib. Həmin görüntüləri sosial şəbəkədə paylaşan sənətçi:

Gəl girək qol-qola

Biz gedək futbola

Qarabağ vursun qolu

Qol! Qol! Qol! Qol!

şeirini oxuyaraq "Köhlən atlar"a dəstək olub. 

Xalq artisti Miri Yusif də "Qarabağ"ı dəstəkləyən məşhurlar sırasında yer alıb. Yarışı stadiondan deyil, evində izləyən sənətçi sosial şəbəkədə bununla bağlı paylaşım edib. Onun instaqramda paylaşdığı videoda "Köhlən atlar"ın “Frayburq” əks hücumunun görüntüləri yer alıb. 

"Qarabağ" və “Frayburq” oyunu barədə sosial şəbəkədə paylaşım edən tanınmışlardan biri də Avroviziya-2022 təmsilçimiz Nadir Rüstəmli olub. Yarışı stadiondan izləyən ifaçı həmin görüntüləri instaqram hesabında yayımlayıb. Nadir videoya ingilis dilində "Qalib də olsan, məğlub da olsan, biz səninləyik, Qarabağ!" sözlərini yazaraq "Köhlən atlar"a dəstəyini ifadə edib. 

"Qurd" ləqəbli müğənni Fərid Eminov isə şəxsi instaqramında ötən gün baş tutan yarışın nəticəsi ilə bağlı paylaşım edib. O, hesabın neçə olacağı ilə bağlı sosial şəbəkə izləyicilərinə sual ünvanlayıb.

Qeyd edək ki, ötən gün yarışda rəqibi ilə 1:1 hesablı heç-heçə edən Azərbaycan təmsilçisi UEFA Avropa Liqası ilə vidalaşıb. Komanda UEFA Konfrans Liqasının pley-offunda çıxış edəcək.

Zöhrə Pənahi
BAKU.WS
VİDEO