SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Avropa Liqasının qrup mərhələsinin III turuna start veriləcək.

BAKU.WS xəbər verir ki, "köhlən atlar" Yunanıstanda "Olimpiakos"un qonağı olacaq.

"Georgios Karaiskakis" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Matçı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edəcək.

Qrupun digər oyununda isə “Frayburq” “Nant”ı qəbul edəcək. 

Avropa Liqası

Qrup mərhələsi, III tur

G qrupu, 6 oktyabr

23:00. “Olimpiakos” (Yunanıstan) - “Qarabağ” (Azərbaycan)

Baş hakim: İrfan Pelto (Bosniya və Herseqovina)

Pirey. "Georgios Karaiskakis" stadionu

BAKU.WS