SİZİN REKLAM BURADA!
055 213 76 73


Hazırda UEFA Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandaların sıralaması açıqlanıb.

BAKU.WS qurumun rəsmi tviter hesabına istinadən xəbər verir ki, "10-luq"da Azərbaycan təmsilçisi "Qarabağ" birinci pillədə yer alıb.

Məlumatda bildirilib ki, siyahı yerli çempionat və Avropa Liqasının nəticələrinə əsasən tərtib olunub.

Avroliqa təmsilçimiz son 5 matçın 4-də meydandan qələbə ilə, yalnız birində məğlubiyyətlə ayrılıb.

Qeyd edək ki, "Köhlən atlar"ın UEFA Avropa Liqasının qrup mərhələsində keçirəcəyi növbəti oyun oktyabrın 6-da Yunanıstanda "Olimpiakos" klubuna qarşı olacaq. 

BAKU.WS