SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyə yığması 2018-ci il Dünya Kubokunun seçmə mərhələsində Xorvatiya ilə qarşılaşacaq. Bu vacib qarşılaşmadan əvvəl milli komandanın oyunçuları, Türkiyə futbol direktoru Fateh Terim və Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirörən prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşüb. 
 
BAKU.WS-in məlumatına görə, görüşün əsas mövzusu Arda Turan olub. Prezident Ərdoğan mövzuyla əlaqədar olaraq Fatih Terimdən xahiş edib: "Yığma komandaya bəzi oyunçuların seçilməməsi mənfi gündəm yaradır. Bu cür polemika həm milli komandanı, həm də federasiyasını yorar. Çox çətin bir Dünya Kuboku macərasına başlayırıq. Arda Turan kimi bir ismə komandamızda ehtiyac var. Onunla əlaqədar qərarınızı nəzərdən keçirmənizi xahiş edirəm".
 
Prezidenti Rəcəb Tayyib Ərdoğanın Arda Turana da yaxınları vasitəsilə mesaj göndərib. İddiaya görə, Ərdoğan Ardanın sakit qalması, özünə yaraşar şəkildə davranması və mövcud vəziyyəti daha da gərginləşdirəcək hərəkətlərdən çəkinməsini istəyib. 

Rəcəb Tayyib Ərdoğan ilə Fatih Terim arasındakı bu görüşdən sonra Ardanın 6-9 oktyabr tarixlərində Ukrayna və İslandiya ilə oynanacaq matçların heyətinə çağırılıb çağırılmayacağı maraqla gözlənilir.
 
Şahin Həbibov
BAKU.WS