SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyanın Sankt Peterburq şəhərində boks üzrə yeniyetmələr arasında dünya birinciliyinə yekun vurulub.

BAKU.WS
-in Apasport.az saytına istinadən verdiyi məlumata görə, Azərbaycan millisi yarışda 1 qızıl və 1 bürünc medala sahib olub.

+80 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev finalda Almaniya təmsilçisi Daniel Malsam üzərində inamlı qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
 
54 kq çəki dərəcəsində mübarizə aparan Orxan Həsənov isə yarımfinalda uduzaraq, bürünc medala layiq görülüb.

Ziya Səccad
BAKU.WS