SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan, Ukrayna və Qazaxıstandan olan bir neçə güləşçinin Pekin-2008 və London-2012 Olimpiya oyunlarında qazandığı medallar dopinqlə əlaqədar geri alınacaq.

AzVision.az xəbər verir ki, bu barədə "FloWrestling” məlumat yayıb.

Hələlik adı dopinq qalmaqalında hallanan güləşçilərin kimliyi açıqlanmayıb.

Bundan əlavə Pekin-2008 Olimpiya Oyunlarının qalibi Özbəkistan təmsilçisi Artur Taymazovun qızıl medalı əlindən alınaraq rusiyalı güləşçi Bəxtiyar Əhmədova veriləcək. 
 
BAKU.WS