SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin "Trabzonspor" klubu mövsüm öncəsi yeni transferini açıqlayıb. 

BAKU.WS xəbər verir ki, "bordo-mavilər" İspaniyanın "Valensiya" klubundan Maksi Qomesi transfer edərək heyətini gücləndirib.

Onun transfer qiyməti və müqavilənin detalları hələlik məlum deyil.

Qeyd edək ki, 26 yaşlı hücumçuyla eyni zamanda Türkiyənin digər məşhur klubu olan "Fənərbağça" yaxından maraqlanırdı.

BAKU.WS