VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Qarabağ” futbol klubunun prezidenti Tahir Gözəl “beIN SPORTS” telekanalının yayımında qonaq olub.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, türkiyəli aparıcı Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn “Qarabağ” klubunu qazanılan bu uğur münasibəti ilə təbrik edib və sözü Tahir Gözələ verib.

Ağdam klubunun prezidenti xatırladıb ki, “Qarabağ” artıq doqquz ildir ki, ardıcıl olaraq Avropanın ən nüfuzlu futbol turnirlərində iştirak edir:

“Qarabağ” ümummilli liderimiz Heydər Əliyevin ən böyük arzusu, xəyalı idi. Bu klubun Avropada tanıtdırılması onun göstərişi olub. Biz də öz növbəmizdə bu müqəddəs vəzifənin icrasına başladıq və 14 il əvvəl baş məşqçimiz Qurban Qurbanovla möhtəşəm bir yola çıxdıq”.

Tahir Gözəl bildirib ki, klubda çalışan hər bir kəs Qarabağ adının məsuliyyətinin, xalqımız və bütün türk dünyası üçün nə qədər böyük əhəmiyyət daşıdığının fərqindədir.

“Qurban müəllim də sağ olsun, mənəviyyatı, dürüstlüyü, şəxsiyyəti, professionallığı və əlindəki məhdud resurslar ilə möcüzələr yaratdı. Klubumuz daim Azərbaycan xalqının möhtəşəm sevgisini hiss edir”.

Tahir Gözəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən də böyük dəstək gördüklərini xatırladıb.

“İlham Əliyev təkcə xoş günlərdə deyil, ən çətin vaxtlarda Ağdam təmsilçisinin yanında olub, bizi şəxsən üç dəfə qəbul edib və böyük dəstəyini ifadə edib”.

BAKU.WS
VİDEO