SİZİN REKLAM BURADA!
055 213 76 73


UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, açılış matçında "Qarabağ"ın pley-offdakı potensial rəqibləri olan Moldova "Şerif"i və Çexiyanın "Viktoriya" (Plzen) komandası qarşılaşıb. Kişineudakı "Zimbru" stadionunda oynanılan qarşılaşma Plzen təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 36-cı dəqiqədə meydan sahibləri açıblar. İbrahim Akanbi Raşid penaltidən fərqlənib. Cəmi 5 dəqiqə sonra qonaqlardan Tomaş Hori 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməklə, tarazlığı bərpa edib. 55-ci dəqiqədə isə Pavel Buça yekun hesabı müəyyənləşdirib.

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

2 avqust

21:00. "Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya) - 1:2

Qollar: İbrahim Akanbi Raşid, 36 (penalti) - Tomaş Hori, 41 (penalti). Pavel Buça, 55

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 9-da olacaq. Bu cütün qalibi pley-off mərhələsində "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) cütünün güclüsü ilə qarşılaşacaq. Ağdam klubu ilə Macarıstan çempionu arasında ilk matç avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

BAKU.WS