SİZİN REKLAM BURADA!
055 213 76 73


Qadınlardan ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, yığma III turda Yunanıstan seçməsini sınağa çəkib. Rəqibini məğlub edən milli komanda ardıcıl 3-cü qələbəsini qazanıb.

Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova rəqibləri ilə heç-heçə ediblər. Yeganə qalibiyyəti isə Gövhər Beydullayeva əldə edib.

Komanda ilk turda Birləşmiş Ərəb Əmirliklərini, ikinci turda isə Finlandiyanı 4:0 hesabı ilə üstələyib.

Azərbaycan - Yunanıstan - 2,5:1,5

Günay Məmmədzadə - Stavrula Tsolakidu - 0,5:0,5

Xanım Balacayeva - Anastasiya Avramidu - 0,5:0,5

Gövhər Beydullayeva - Yekaterina Pavlidu - 1:0

Gülnar Məmmədova - Haritomeni Markantonaki - 0,5:0,5

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.

BAKU.WS