SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün Azərbaycan millisinin hücumçusu və "Dinamo" (Zaqreb) klubunun üzvü Mahir Emrelinin ad günü olub.

BAKU.WS xəbər verir ki, idmançının 25 yaşı tamam olub. Mahirin anası Elnurə Emreli övladı ilə bağlı sosial şəbəkədə paylaşım edib.

O, instaqram hesabında oğlunun fotolarını paylaşaraq onu yeni yaşı münasibətilə təbrik edib: 

"Günüm sənə duayla başlayır, gecəm sənə duayla bitir... Aramızda məsafələr olsa da ürəklərimiz yan-yana... Sənə olan arzularımı bilirsən. Tortunu şamlarını üfürəndə mənim arzularımı da ürəyində tut. Səni sevirəm, oğluşum. Ad günün mübarək!"

Onu da bildirək ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb) ötən gün növbəti yoxlama oyununa çıxıb. Xorvatiyanın son çempionu Slovakiyanın yüksək liqa təmsilçisi "Spartak" (Trnava) klubu ilə qarşılaşıb. Matç 3:3 hesabı ilə başa çatıb.

Ötən gün 25 yaşı tamam olan Mahir də bu görüşün iştirakçısı olub. O, ikinci hissədə meydana daxil olub və 90-cı dəqiqədə komandasının bərabərlik qolunun müəllifi olub.

BAKU.WS
QALEREYA