VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə İtaliyanın paytaxtı Romada keçirilən Matteo Pellikone turnirində final görüşünə çıxıb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, 57 kq çəki dərəcəsində rəqib almaniyalı Horst Ler olub. Qarşılaşmadan 5:3 hesabı ilə qalib ayrılan Rzazadə qızıl medal qazanıb.

Qeyd edək ki, bu gün həmçinin, Coşqun Əzimov, Murad Yevloyev (hər ikisi 70 kq), Turan Bayramov (74), Abubakr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq) qızıl, İslam Bazarqanov (61 kq), Əli Rəhimzadə (65 kq), Cəbrayıl Qadjiyev və Hadjimurad Qadjiyev (hər ikisi 74 kq) bürünc medal uğrunda yarışacaq.

BAKU.WS