SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərindəki "Norway Chess" turnirinin əsas mərhələsində ilk görüşlərini keçiriblər.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Məmmədyarov I turda norveçli Aryan Tari ilə qarşılaşıb. Ağ fiqurlarla oynayan 37 yaşlı qrossmeyster 28-ci gedişdə heç-heçəyə razılaşıb. Lakin Məmmədyarov ikinci görüşdə rəqibinə qalib gəlib. O, 36-cı gedişdə Tarini təslim olmağa məcbur edib.

Rəcəbov isə ABŞ-ı təmsil edən Uesli So ilə qara fiqurlarla oynayıb. Görüş 38-cı gedişdə rəqibin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 (451 min manat) Norveç kronudur.

BAKU.WS