VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycanın 6 karateçisi Türkiyənin Qaziantep şəhərində start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

BAKU.WS xəbər verir ki, 11 qat Avropa çempionu Rafael Ağayev 1/16 final mərhələsində kiprli Panayiotis Loizideslə üz-üzə gələcək.

84 kq-dakı Turqut Həsənov eyni raundda portuqaliyalı Tomas Silva ilə, 84 kq-dan yuxarı çəki dərəcəsindəki Asiman Qurbanlı isə yunanıstanlı Georgios Tzanosla görüşəcək.

Qadınların yarışında 61 kq-dakı Alya Rzazadə 1/8 finalda Alessandra Mangiaçapra (İtaliya) - Aleksandra İlankoviç (Macarıstan) cütünün qalibi ilə, Tokio olimpiadasının digər gümüş mükafatçısı 68 kq-da mübarizə aparan İrina Zaretska eyni mərhələdə Alizi Agier (Fransa) - İvona Kavar (Bosniya və Herseqovina) duelinin güclüsü ilə döyüşəcək.

68 kq-dan yuxarı çəkidəki Fəridə Əliyeva 1/16 final mərhələsində serbiyalı İvana Peroviçlə qarşılaşacaq.

Qeyd edək ki, Avropa çempionatı 25-29 may tarixlərində keçiriləcək. Bu yarışda 45 ölkənin 510 karateçisi medallar üçün mübarizə aparacaq.

BAKU.WS