SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın qarışıq döyüş ustası (MMA) Tofiq Musayevin “Bellator”dakı debütü baş tutmayıb.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, o, cümə günü, aprelin 22-də Havayda (ABŞ) keçiriləcək “Bellator 278” turniri çərçivəsində dünyanın ikinci ən populyar döyüş platformasında ilk dəfə çıxış etməli idi. Musayev 15 qələbə və 11 məğlubiyyətə malik “Tanrının döyüşçüsü” ləqəbli amerikalı Zak Zayn ilə döyüşməli idi.

Həmyerlimizin rəqibi koronavirusa yoluxduğu üçün yarışdan imtina edib. Nəticədə Musayevin çıxışı turnir proqramından çıxarılıb. Bu isə o deməkdir ki, amerikalıya heç bir əvəzedici axtarılmayıb.

Qeyd edək ki, Tofiq Musayev bu ilin yanvarında “Bellator” ilə müqavilə imzalayıb.

BAKU.WS