SİZİN REKLAM BURADA!
055 213 76 73


"Buraya gəldiyim üçün çox xoşbəxtəm, bunu çoxdan arzulayırdım".

BAKU.WS-in Report-a istinadla məlumatına görə, bunu Azərbaycan əsilli MMA döyüşçüsü Rafael Fiziyev Bakıda keçirilən mətbuat konfransında deyib.

29 yaşlı idmançı Bakının çox gözəl və təmiz şəhər olduğunu bildirib: "Burada doğmalıq hiss etdim".

Fiziyev Azərbaycana səfərinin səbəbini də açıqlayıb: "Gənclər və İdman Nazirliyi məni dəvət edib. Burada dostlarımız var. Onların vasitəsi ilə əlaqə saxlamışıq. Azərbaycana gəlmək çoxdankı arzum idi. Buranı görməyi çox istəyirdim".

Koronavirusa görə sonuncu döyüşünü buraxan idmançı durumu haqqında da danışıb: "Artıq bərpa olunmuşam. Hər şey normaldır. Növbəti döyüşlərə hazırlaşıram.

Fiziyev Bakıda fanatlarının çox olduğunu, lakin Bakıda döyüş keçirməyin ondan asılı məsələ olmadığını sözlərinə əlavə edib: "Azərbaycanda yaxşı idmançılar var. MMA-nın inkişafı üçün yaxşı bazalar olmalıdır. Azərbaycanda yaxşı güləşçilər və cüdoçuların olduğunu deyə bilərəm. Onlar kifayət qədər titullar qazanıblar. MMA-da isə Tofiq Musayev və Nəriman Abbasovun adlarını çəkə bilərəm. Onlar Rusiyada çoxlu qələbələr əldə ediblər. İnanıram ki, bu idman növü Azərbaycanda daha da inkişaf edəcək".

BAKU.WS