SİZİN REKLAM BURADA!
055 213 76 73


"Mahir Emrelinin "Sevilya"ya qarşı oynamaq şansı var".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun baş məşqçisi Jelko Kopiç İspaniyada "Sevilya"ya qarşı keçirəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis bildirib ki, sabahkı matçda digər futbolçular kimi, Azərbaycan millisinin hücumçusuna da şans verə bilər: Biz onu komandanı gücləndirmək üçün dəvət etmişik. Amma ideal vəziyyətdə deyil. Bunu da nəzərə almalıyıq".

Qeyd edək ki, fevralın 17-də oynanılacaq "Sevilya" - "Dinamo" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

BAKU.WS