SİZİN REKLAM BURADA!
055 213 76 73


Polşa "Legiya"sında Mahir Emreli ilə birlikdə azarkeşlərin hücumuna məruz qalmış braziliyalı futbolçu Lukinyas ABŞ-ın "Nyu-York Red Bulls" klubuna keçib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 26 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Anlaşmaya əsasən, sözləşmə müddəti sonradan uzadıla bilər.

Qeyd edək ki, 2021-ci il dekabrın 12-də "Legiya" Plotsk "Visla"sı ilə Ekstraklasanın XVIII tur oyunundan qayıtdığı vaxt azarkeşlər komandanın avtobusuna soxulublar. Onlar Mahir Emreli və Lukinyası döyüblər. Nəticədə Emreli klubdan ayrılmağı qərara alıb və Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna keçib.

BAKU.WS