SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Trabzonspor" azərbaycanlı futblolçu Ramil Şeydayevlə 4 illik müqavilə imzalayıb. Azad agent kimi Türkiyə klubuna keçən 20 yaşlı gənc hücumçu 2016/17 mövsümündə 430 min, 2017/18 mövsümündə 350 min, 2018/19 mövsümündə 400 min, 2019/20 mövsümündə 450 min avro maaş alacaq.


BAKU.WS-in məlumatına görə, "Zenit"dən ayrılan Şeydayev bir müddət əvvəl Azərbaycan millisində oynamaqdan imtina etmişdi.

 

Bu günlərdə isə o, milli komandamızda çıxış etmək istədiyini açıqlayıb. Şeydayev Azərbaycan vətəndaşlığı alıb millimizdə oynamaq üçün AFFA ilə danışıqlara başlayıb.

 

BAKU.WS