SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransanın paytaxtı Parisdə keçiriləcək Böyük Dəbilqə turnirində iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.

BAKU.WS federasiyanın yaydığı məlumata istinadən xəbər verir ki, yarışda ölkəni Mövlud Mirəliyevin rəhbərlik etdiyi kişilərdən ibarət milli komanda təmsil edəcək.

Medallar uğrunda Kəramət Hüseynov (60 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşangi Kokauri (+100 kq) mübarizə aparacaqlar.

Qeyd edək ki, 54 ölkədən 308 idmançının qatılacağı Böyük Dəbilqə 5-6 fevralda təşkil olunacaq.

BAKU.WS