SİZİN REKLAM BURADA!
055 213 76 73


"Keçmiş komanda yoldaşlarımla görüşmək və eyni meydanı bölüşmək əla hissdir".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Polşanın "Visla" (Plotsk) klubunun futbolçusu Anton Krivotsyuk Türkiyənin Antalya şəhərində "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri yoxlama matçından sonra "ağ-qaralar"ın rəsmi televiziyasına açıqlamasında deyib.

Azərbaycan millisinin müdafiəçisi görüşün ağır keçdiyini bildirib: "Neftçi"də toplanışın intensivliyi aşağıya doğru gedir. Biz isə bura dünən gəlmişik və 2 ağır məşqimiz olub. Rəqibin bizdən daha yaxşı olduğu meydanda da görünürdü".

24 yaşlı oyunçu Belçika klublarının maraq dairəsində olması ilə bağlı xəbərlərə də aydınlıq gətirib: "Məndə bu cür məlumat yoxdur. İlk dəfədir eşidirəm".

Krivotsyuk Polşa "Legiya"sından ayrılmaq istəyən Mahir Emrelinin durumu haqqında isə danışmaq istəməyib: "Mahirin özünə sual versəniz, daha yaxşı olar".

Qeyd edək ki, Anton Krivotsyuk Plotsk "Visla"sına ötən yay "Neftçi"dən keçib.

BAKU.WS