VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Komandanın oyununda sabitlik çatmır. Bundan başqa, heyətə cəlb olunan futbolçular nəyisə dəyişə bilmirlər".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu sözləri Polşa "Legiya"sının sabiq futbolçusu Stanko Svitlitsa komandanın cari mövsüm Ekstraklasadakı uğursuz çıxışı və yeni transferləri barədə "Sport.pl" saytına müsahibəsində deyib.

Veteran oyunçu Varşava təmsilçisinin yayda heyətinə qatdığı Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxışına da toxunub: "Emreli pis futbolçu deyil. Avrokubokların təsnifat mərhələsində, həmçinin Avropa Liqasının qrupunda İngiltərə "Lester"inə qol vurub. Ona görə də bu futbolçunu mühakimə etmək çətindir".

Qeyd edək ki, "Legiya" Polşa çempionatında 9 xalla 18 komanda arasında 17-ci sırada qərarlaşıb.

BAKU.WS