055 213 76 73
Ötən gün Avropa Çempionatında F qrupunda Portuqaliya yığması "Park de Prens" stadionunda Avstriya komandası ilə qarşılaşıb.
BAKU.WS xəbər verir ki, gərgin mübarizə şəraitində keçən oyunda hesab açılmayıb - 0:0. Hətta bir neçə dəfə dünyaca məşhur futbolçu hesab olunan Portuqaliyanın hücumçusu Kristiano Ronaldo yaranmış əlverişli şəraitdən istifadə edə bilməyib. Ən biabırçı vəziyyət isə oyunun 78-ci dəqiqəsində qeydə alınıb. Hakim Avstriyanın qapısına penalti zərbəsi təyin edib. Bu dəfə də topun arxasına keçən Kristiano Ronaldo zərbəni dəqiq yerinə yetirə bilməyib.
BAKU.WS