SİZİN REKLAM BURADA!
055 213 76 73


Futbolçularımı təbrik edirəm. Futbolçularım çox istəkli idi.

BAKU.WS xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Sabah" klubunu məğlub etdikləri oyundan sonrakı mətbuat konfransında bildirib.  

"Hər oyuna belə motivasiya, istəklə çıxmaq istəyirik. Texniki səhvlərimiz çox oldu. O da komanda çoxdandır birlikdə deyildi. Optimal formalarından bir az uzaq idilər. Hər bir halda, xeyli hücum etdik, xeyli qol imkanlarımız oldu.

"Sabah"ı təbrik edirəm. Sona qədər mübarizə apardılar, məğlub olmaq istəmədilər. Meydanda yaxşı komanda, yaxşı kollketiv gördüm. "Sabah"a da uğurlar arzulayıram", - deyə "köhlən atların" baş məşqçisi vurğulayıb.

BAKU.WS