SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan və İrlandiya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda VAR sistemindən istifadə olunub.

BAKU.WS "report"a istinadən xəbər verir ki, görüşün baş hakimi Espen Eskas Mahir Emreli ilə rəqib müdafiəçi arasında ikili mübarizə zamanı penalti olub-olmamasını dəqiqləşdirmək məqsədilə VAR-a müraciət edib.

Epizodun təkrarını izləyən referi qarşılaşmanı davam etdirib.

Qeyd edək ki, hazırda matçda 2-ci hissə oynanılır və qonaqlar hesabda öndədir - 2:0.

BAKU.WS