SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransanın “France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatına namizədlərin siyahısı açıqlanıb.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, 2021-ci ildə “Qızıl top” mükafat uğrunda 30 oyunçu mübarizə aparacaq.

2021-ci ilin 30 ən yaxşı futbolçusu adına nəmizəd idmançılar bunlardır:

Nikolo Barella, Lautaro Martines (hər ikisi “İnter”, İtaliya), Kərim Benzema, Luka Modriç (hər ikisi “Madrid”(Real), İspaniya), Leonardo Bonuççi (“Yuventus”, İtaliya), Kevin de Bröyne, Ruben Diaş, Fil Foden, Riyad Mahrez, Rəhim Sterlinq (hamısı “Mançester Siti”, İngiltərə), Corcio Kyellini (“Yuventus”), Kriştianu Ronaldu, Bruno Fernandeş (hər ikisi “Mançester Yunayted”, İngiltərə), Canluici Donnarumma, Kilian Mbappe, Lionel Messi, Neymar (hamısı PSJ, Fransa), Erlinq Holan (“Borussiya” Dortmund, Almaniya), Jorjinyo, N Qolo Kante, Sezar Azpilikueta, Romelu Lukaku, Meyson Maunt (hamısı “Çelsi”, İngiltərə), Harri Keyn (“Tottenhem”, İngiltərə), Simon Kyaer ("Milan", İtaliya), Robert Levandovski (“Bavariya”, Almaniya), Jerar Moreno (“Vilyarreal”, İspaniya), Pedri (“Barselona”, İspaniya), Məhəmməd Salah (“Liverpul”, İngiltərə), Luis Suares (“Atletiko”, İspaniya).

Məlumat üçün qeyd edək ki, 2020-ci ildə “Qızıl top”un təqdimetmə mərasimi koronavirus pandemiyası səbəbindən keçirilməmişdi.

Keçən il bu mükafata Münxen “Bayern”inin hücumçusu Robert Levandovski layiq görülüb.

BAKU.WS