SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Bu gün Cüdo Federasiyası İdarə Heyətinin iclası keçirilib. İslacda federasiyaya yeni rəhbər seçilib. 

Cüdo Federasiyasından virtualaz.org saytına verilən məlumatda bildirilir ki, SOCAR və AFFA prezidenti Rövnəq Abdullayev Cüdo Federasiyasına prezident təyin olunub.

Federasiyada bildirilib ki, bu gün Mili Olimpiya Komitəsində Rövnəq Abdullayevin təqdimatı olacaq. Saat 17:00-da baş tutacaq təqdimatdan sonra federasiyanın fəaliyyəti davam edəcək və kimin qalıb, kimin gedəcəyi dəqiqləşəcək.

Xatırladaq ki, bundan öncə federasiyaya keçmiş əmək və əhalinin sosial müdafiəsi nazir, "İmprotex" şirkətinin sahibi Füzuli Ələkbərov rəhbərlik edirdi.
 
BAKU.WS