SİZİN REKLAM BURADA!
055 213 76 73


UEFA türkiyəli FIFA referisi Cüneyt Çakır və köməkçisi Abdulkadir Bitigeni cəzalandırıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, səbəb onların İtaliyada "Milan" və İspaniyanın "Atletiko" (Madrid) komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının qrup oyununda səhvə yol vermələridir.

Avropa futbol qurumu hər iki hakimi qitənin bir nömrəli klub turnirindən kənarlaşdırmağı qərara alıb. Daha əvvəl Milan təmsilçisinin baş məşqçisi Stefano Pioli Çakırın idarəçiliyini tənqid edib.

Qeyd edək ki, Cüneyt Çakır "Atletiko"nun 2:1 hesablı qələbəsi ilə başa çatan matçın 29-cu dəqiqəsində "Milan"ın futbolçusu Frank Kessini meydandan qovub. Görüşün sonlarında isə o, meydan sahiblərinin qapısına penalti təyin edib. Abdulkadir Bitigen həmin qarşılaşamada VAR hakimi olub.

BAKU.WS