SİZİN REKLAM BURADA!
055 213 76 73


 
  

Azərbaycanlılar tərəfindən yaradılan FC "Karabakh" klubu Avstriya II Landesliqasında ilk dəfə çempion olub. 

 

BAKU.WS-in məlumatına görə, Avstriya futbolu tarixində əcnəbilər tərəfindən yaradılaraq çempionluq qazanan ilk klub olan FC "Karabakh" böyük uğur qazanıb.


2015/2016 sezonunda Liqanın bitməsinə 2 oyun qalmış FC "Karabakh" çempionluğunu elan edib. Bununla da klub 2016/2017 sezonunda Avstriyanın 4-cü Liqasında yerini sığortalayıb. Qeyd edək ki, bu, həmçinin Vyana Federal Torpağının ən yüksək pilləsidir.

 

Bununla yanaşı, "Vyana Tota Cup"da da mübarizəni davam etdirən klub "Ernst-Happel" stadionunda baş tutan final qarşılaşmasından üzüağ çıxıb. "Qersthofer" SV klubunu məğlub edən FC "Karabakh" "Vyana Tota Cup" kubokunu da başı üzərinə qaldırıb. Bu komanda "Austrian Football Bundesliga" 1,2,3 liqalarında çıxış edən güclülərin qatıldığı Avstriya Kubokunda iştirak hüququ əldə edib. 


2014-cü ildə Avstriyanın Vyana şəhərində yaradılan klub ilk mübarizəyə Avstriya 6-cı liqasından başlayıb. Eyni zamanda, Vyana Federal Torpağının III Liqasında ilkin iştirak hüququ qazanan klub 6-cı liqada II yeri tutub, 2014-2015-ci sezonunda Avstriyanın 5-ci liqasına yüksəlib. Bununla yanaşı, klub "Vyana Tota Cup" kubokunda iştirak edib və 1/4 finala qədər irəliləyib. 


Qeyd edək ki, klubun yaranmasının səbəbi Azərbaycan və Avstriya ölkələri arasında olan dostluq münasibətlərini idmanla daha da möhkəmləndirmək ilə bağlıdır. Məlumdur ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və vətənimiz tanınmış idmançı və sənətkərlar bəxş edib. 


Klubun əsas meneceri Ramin Şükürov fəaliyyətləri ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, Vyana Avstriyanın idman və mədəniyyət paytaxtıdır: "Biz, bu iki şəhərin adını birləşdirib futbol klubu yaratmaq qərarı verdik. Çünki, futbol dünyanın ən sevilən idman növüdür. Hər şeydən əlavə klubun idarə heyəti bu idman növünə böyük sevgi duyur və FC "Karabakh"ın ən yüksək pillələrə çatmasına çalışır. 


FC "Karabakh"ın əsas heyətindən başqa, U-7-dən U-18-ə qədər uşaq və yeniyetmə heyəti mövcuddur. Klubun "Karabakh Arena" adını daşıyan 4 hektara yaxın təlim məşq üçün ərazisi var. Stadionun Avstriyanın qabaqcıl memarları tərəfindən hazırlanmış lahiyəsi artıq şəhər bələdiyyəsinə təqdim olunub. Bundan əlavə, arenamız dünya standartlarına cavab verir.


FC "Karabakh" Vyananın böyük yerli fanat kütləsi var. Biz hər zaman Azərbaycandakı fanatlarımıza üz tutub klubumuza dəstək olmalarını xahiş edirik. Oyunlarımız internet vasitəsilə canlı yayımlanır. Bununla yanaşı, sosial şəbəkələrdəİnstagramveb saytımızda ən son məlumatları əldə edə bilərsiz". 

 

Klubun idarə həyətinin sədri Orxan Vəliyev iş adamıdır və təhsilini Avstriyanın Dövlət İqtisadiyyat universitetində alıb. Əlavə edək ki, klubun idarə həyətində 4 nəfər Azərbaycan və 2 nəfər Avstriya vətəndaşı var.

 

Şahin Həbibov

BAKU.WS