SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Fransanın ev sahibliyi etdiyi AVRO-2016-da gərgin anlar yaşanıb.
 
BAKU.WS xəbər verir ki, İngiltərə - Rusiya matçından öncə azarkeşlər arasında dava düşüb. İnglislərlə rusklar arasında baş verən əlbəyaxa döyüşlərdə küt alətlərdən isitfadə olunub. Rusiyalı azarkeşlər inglisləri o ki var əzişdiriblər. Hətta münaqişə zamanı bir nəfər inglisin öldüyü də bildirilir. 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Ruslarla ingilislərin davası bununla da yekunlaşmayıb. Oyundan sonra da tərəflər bir-birinə hücum ediblər. Matçı başa çatdıqdan sonra rusiyalı azarkeşlər İngiltərə yığmasının fanatlarının olduğu tribunaya hücum ediblər. Stadionda ara qarışıb, məzəıb itib. Dəfələrlə xəbərdarlıq edilsə də ruslar geri çəkilməyib. Qarşıdurmaya polislər müdaxilə edib. Bu dəfə də 30-dan çox azarkeş yaralanıb. 10 yaxın adam isə həbs edilib.
 
BAKU.WS