SİZİN REKLAM BURADA!
055 213 76 73


 

İyunun 3-də 74 yaşında dünyasını dəyişmiş əfsanəvi amerikalı boksçu Məhəmməd Əli anadan olduğu Luisvill şəhərində dəfn edilib.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, M.Əli ilə vida mərasimi 15 min tamaşaçı tutumu olan stadionda keçirilib. Dəfndə yalnız mərhumun ailə üzvləri və yaxınları, həmçinin ABŞ-ın keçmiş Prezidenti Bill Klinton və İordaniya Kralı II Abdullah iştirak edib.

Qeyd edək ki, 1984-cü ildən Parkinson xəstəliyindən əziyyət çəkən əfsanəvi idmançı öz dəfn mərasimini beş il bundan əvvəl ssenariləşdirmişdi.
 
BAKU.WS