SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan paracüdoçusu Namiq Abbaslı Tokio-2020 Yay Paralimpiya Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.

BAKU.WS xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda qarşılaşmada ukraynalı David Xorava ilə üz-üzə gəlib.

Rəqibini vazari xalı ilə üstələyən Abbaslı bürünc medal qazanıb.

Qeyd edək ki, bu gün digər paracüdoçular Vüqar Şirinli (60 kq), Şəhanə Hacıyeva (48 kq) və üzgüçü Raman Saleh paralimpiya çempionu olub. Daha əvvəl Azərbaycan komandasında pauerliftinqçi Pərvin Məmmədov (49 kq) bürünc medal qazanıb.

BAKU.WS