SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qarabağ" Şotlandiyanın "Aberdin" klubuna səfərdə 3:1 hesabı ilə qalib gələrək Konfrans Liqasının qrupuna vəsiqə qazanır.  

"Aberdin" - "Qarabağ" oyununda köhlən atlar hesab arasındakı fərqi artırır.

BAKU.WS xəbər verir ki, Kadi Borqes 18-ci dəqiqədə "Aberdin"i mərkəzə dəvət edir.

***

22.53

"Aberdin" - "Qarabağ" oyununda hesab açılır.

BAKU.WS xəbər verir ki, hesabı oyunun 8-ci dəqiqəsində köhlən atların oyunçusu Toral Bayramov açır.

***

22.50

Şotlandiyada "Aberdin" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Pittodri" stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürüb.

Görüşü avstriyalı Harald Lexnerin başçılıq etdiyi hakimlər briqadası idarə edir.

Qeyd edək ki, Bakıdakı ilk matçda Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.

BAKU.WS
VİDEO