SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın Tokio Olimpiadasının bağlanış mərasimindəki bayraqdarı müəyyənləşib.

BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, bu, Olimpiadada gümüş medal qazanmış sərbəst güləşçi Hacı Əliyevdir.

Sabah Bakı vaxtı ilə saat 15:00-da başlayacaq bağlanış mərasimində Azərbaycan bir bayraqdarla təmsil olunacaq.

Qeyd edək ki, iyulun 23-də keçirilmiş açılış mərasimində Azərbaycan bayrağını iki idmançımız birgə daşımışdı. Bunlar cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova idi. Lakin hər iki idmançımız medal qazana bilməyib.

BAKU.WS
QALEREYA