VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimindən əvvəl "Qarabağ"ın potensial rəqiblərinin sayında azalma baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, III təsnifat mərhələsində Kipr AEL-ini üstələyəcəyi təqdirdə, Azərbaycan təmsilçisi 4 cütdən birinin rəqibi ilə görüşəcək.

Ağdam komandası səpələnmişlər səbətində yer alacaq, rəqib isə səpələnməmişlər sırasından düşəcək. Onların arasında II təsnifat mərhələsində "Sumqayıt"ı mübarizədən kənarlaşdırmış Serbiya "Çukariçki"si də var:

MOİK (Sofiya, Bolqarıstan) - "Osiyek" (Xorvatiya)

"Pakuş de Fereyra" (Bolqarıstan) - "Larn" (Şimali İrlandiya)

"Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya)

"Çukariçki" (Serbiya) - "Hammarbü" (İsveç)

BAKU.WS